RU

Sürücülük vəsiqəsi üçün imtahanı DİM keçirəcək?

Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi barədə məlumatlar yayılıb. Pravda.az xəbər verir ki, Baku.ws saytı məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.

 

Qurumdan bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir.

 

"Gələn ildən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiləcəyi yalan məlumatdır", - deyə qurumun sözçüsü vurğulayıb.

Tarix: 19 Noyabr 2025, 23:09   
Избранный
72
8
pravda.az

9Источники