RU

Aİ nin səkkiz ölkəsi sürətləndirilmiş hərbi mobillik zonasının yaradılması haqqında sənəd imzalayıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) səkkiz ölkəsi Mərkəzi-Şimali Avropada sürətləndirilmiş hərbi mobillik zonasının yaradılması haqqında sənəd imzalayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Niderland Nazirlər Kabinetinin bəyanatında bildirilib.

Sənəddə vurğulanır: “Mərkəzi-Şimali Avropa hərbi mobillik zonası (CNE MMA) rəsmi olaraq yaradılıb”.

Memorandumu Almaniya, Belçika, Niderland, Polşa, Litva, Slovakiya, Çexiya və Lüksemburq imzalayıb. Yeni razılaşmaya əsasən, qoşunlar və ağır hərbi texnika bu ölkələrin sərhədlərindən daha sürətli keçə biləcək.

Sənəddə, həmçinin qeyd olunur ki, növbəti addım Avropa qitəsində “hərbi Şengen zonası”nın yaradılması olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
3
azertag.az

4Источники