RU

Tramp yenidən Putindən məyus olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə bağlı növbəti dəfə narazılığını ifadə edib. O, Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Putindən məyus olduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, Trampın ABŞ–Səudiyyə Ərəbistanı forumundakı çıxışı YouTube platformasında yayımlanıb.

Dövlət başçısı çıxışı zamanı səkkiz münaqişəni həll etdiyini, lakin daha bir müharibənin hələ də gündəmdə qaldığını diqqətə çatdırıb.

“Prezident Putinlə münasibətlərimizin yaxşı olduğunu nəzərə alaraq bunun daha asan həll olunacağını düşünürdüm. Amma indi Putindən bir qədər məyus olmuşam və o, bunu bilir”, – Tramp bildirib.

Qeyd edək ki, bu, Trampın Putinlə bağlı məyusluğunu ilk dəfə ifadə etməsi deyil. O, sentyabr ayı ərzində ən azı beş dəfə oxşar açıqlamalar vermişdi.

Mövcud vəziyyət fonunda Qərb mediası noyabrın 19-da ABŞ və Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bəndlik yeni plan hazırladığını yazıb. Həmçinin ABŞ-ın Ordu naziri Daniel Driskolun rəhbərlik etdiyi nümayəndə heyətinin Kiyevə səfər etdiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники