RU

Tramp Epşteyn işi üzrə materialların açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş və uşaqlara təcavüzdə təqsirli bilinən, daha sonra isə intihar edən maliyyəçi Cefri Epşteyn işi üzrə materialların açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” platformasında açıqlama verib.

Tramp bildirib ki, Epşteynlə bağlı sənədlərin dərcini təmin edən qanun layihəsini rəsmi şəkildə təsdiqləyib.

ABŞ Prezidenti maliyyəçinin demokrat olduğunu və həmin partiyanın siyasətçilərinə minlərlə dollar ianə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Epşteyn bir çox tanınmış demokrat siyasətçilərlə sıx əlaqələrə malik olub.

Tramp onların arasında ABŞ-nin 42-ci prezidenti Bill Klintonun və Nümayəndələr Palatasında azlığın lideri Hakim Cefrisin adlarını çəkib.

Избранный
14
2
ikisahil.az

3Источники