RU

ATMU əməkdaşları təlimdə iştirak ediblər - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədris-metodiki şöbəsi Qeydiyyat bölməsinin rəhbəri Yeganə Bayramova və Tədrisin elektron idarəedilməsi bölməsinin mütəxəssisi Fatimə Əliyeva “Təhsil kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində olan Təhsil Tələbə Kredit Fondunun (TTKF) təşəbbüsü ilə “Hədəflərə yönəlik şəxsi inkişaf” proqramı çərçivəsində baş tutan tədbirə  ali təhsil, orta ixtisas və peşə təhsilində çalışan bir qrup təmsilçi qatılıb. Adıçəkilən  təlimin icrası tələblərində“e-ttkf.edu.az portalından istifadə qaydaları”, “Liderlik və komanda idarəçiliyi”, o cümlədən digər müvafiq mövzular öz əksini tapıb.

”Təhsil kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” adlı  təlimi uğurla başa vuran ATMU əməkdaşları sertifkatla mükafatlandırılıb.
 

 

Избранный
59
unikal.az

1Источники