Bakı. Trend:
Bakı Fond Birjası xarici brokerlərin məsafədən qoşulmasınıplanlaşdırır.
Trend xəbərverir ki, bunu “Bakı Fond Birjası“nın Baş İcraçı Direktorunmüavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov bu gün Bakıdakeçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündədeyib.
"Nail olmaq istədiyimiz əsas hədəf xarici brokerlərlə məsafədənqoşulmaları təmin etməkdir. Yəni, birjanın xidmətlərinə və yasistemlərinə xarici brokerlərin uzaqdan (onlayn) çıxış imkanı əldəetməsi üzərində çalışırıq", - o vurğulayıb.
O. Qasımov bildirib ki, bu da özündə müəyyən requlyativ işlərizəruri edir: "Hazırda bu istiqamətdə tənzimləmələrlə bağlırequlyatorla birlikdə işlər aparırıq. Gələn ilin ortalarına xaricibrokerlərlə məsafədən qoşulmalar mümkün olacaq".