Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çin yanvarın 1-dən etibarən avtomobil ixracına nəzarəti gücləndirəcək. Yeni qaydaya görə “işlənmiş 0 kilometr” avtomobil dövrü başa çatır. Belə avtomobili xaricə satmaq istəyən ya 3 ay gözləməli, ya da istehsalçıdan icazə almalıdır.
Avtosfer.az xəbər verir ki, rus ekspert İrina Frank bu addımın Çin maşınlarında bahalaşmaya səbəb olacağı qənaətindədir. Çin bazarında satışa çıxarılan ikinci əl avtomobillərin 13 faizinin istehsal tarixi 3 aydan, yürüş məsafəsi isə 50 kilometrdən azdır.
Ekspert qeyd edir ki, “hazırda Çindən avtomobillərin 95 faizi işlənmiş maşın adı ilə ixrac olunur. Halbuki, söhbət təzə maşından gedir”.
Frankın qənaətinə görə, yeni qaydalar avtomobillərin çatdırılma müddətinin 2-3 ay uzanmasına, qiymətlərdə isə 15 faizədək artıma səbəb olacaq.
Yeni qayda kiçik və orta idxalçılara mənfi təsir edəcək. “Chery”, “Changan” və “Geely” kimi böyük distribütorlar isə mövqelərini daha da möhkəmləndirəcək.
Vüqar Yaşaroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.