RU

AMB: Rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə yeni normativ tələblər hazırlanır

Azərbaycanda rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə yeni normativ tələblər hazırlanır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, ölkədə artan rəqəmsal fırıldaqçılıq hallarının qarşısının alınması üçün banklar və ödəniş təşkilatları üzrə vahid tələblərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb.

"Bu sahədə tələblərin hazırlanmasına artıq başlanılıb və yeni çərçivə rəqəmsal təhlükəsizliklə bağlı tənzimləmələrin daha da gücləndirilməsini nəzərdə tutur. Keçən il informasiya təhlükəsizliyi üzrə tələblər qüvvəyə mindi. Bu gün isə rəqəmsal fırıldaqçılığa qarşı mübarizə sahəsində ayrıca tələblərin hazırlanması artıq zərurətə çevrilib", - deyə AMB rəsmisi qeyd edib.

Избранный
21
aznews.az

1Источники