RU

Agentlik sədri: Transsərhəd xəstəliklərə qarşı baytarlıq tədbirləri icra olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Dezinfeksiya tədbirləri heyvan sağlamlığının qorunması və xəstəliklərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” konfransında bildirib.

Agentlik sədri qeyd edib ki, ölkə üzrə dezinfeksiya işlərinin həyata keçirilməsi mütəmadi olaraq davam etdirilir: “İl ərzində ölkə ərazisində biotəhlükəsizliyin təmin olunması məqsədilə transsərhəd xəstəliklərə qarşı baytarlıq tədbirləri icra olunub. Zoonoz və heyvanlar üçün təhlükəli olan digər infeksion xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görülüb. Dövlət sərhəd buraxılış məntəqələrində yük avtomobilləri və qatarların dezinfeksiyası aparılıb. Bununla yanaşı, respublika üzrə fəaliyyət göstərən 24 diri heyvan satış bazarlarında mütəmadi dezinfeksiya işləri və digər icrası məcburi baytarlıq tədbirləri həyata keçirilib. Həmin tədbirlər sayəsində epizootik sabitliyin qorunması gücləndirilir”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və “Bayramı Group” MMC-nin birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
2
azertag.az

4Источники