RU

IEA: 2025-ci ildə enerji səmərəliliyi üzrə qlobal irəliləyiş sürətlənib  

Cari ildə enerji səmərəliliyi üzrə qlobal tərəqqinin əsas göstəricisinin sürətlənəcəyi gözlənilir ki, bu da enerji təhlükəsizliyini və iqtisadi rəqabət qabiliyyətini gücləndirməklə yanaşı, enerji xərclərini və emissiyaları azaltmaq baxımından mühüm sahədə irəliləyişin olduğunu göstərir.

AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin (IEA) “Enerji səmərəliliyi 2025” hesabatına istinadla xəbər verir ki, ötən illə müqayisədə daha sürətli inkişaf tempi və 250-dən çox yeni siyasət tədbiri hökumətlərin enerji təhlükəsizliyini və iqtisadi rəqabət qabiliyyətini artırmaq istiqamətində səylərinin yenidən gücləndiyini sübut edir.

Hesabata əsasən, enerji səmərəliliyi üzrə əsas göstərici sayılan qlobal ilkin enerji intensivliyi 2025-ci ildə 1,8 faizə çatacaq. Qeyd olunub ki, bu göstərici 2024-cü ildə 1 faiz səviyyəsində idi.

“Hazırkı qlobal irəliləyiş tempi 2023-cü ildə Dubayda keçirilmiş COP28-də müəyyən olunan 2030-cu ilə qədər 4 faiz hədəfindən hələ də xeyli geridə qalır. COP28 zamanı təxminən 200 ölkə enerji səmərəliliyi üzrə qlobal orta illik irəliləyiş tempini 2030-cu ilədək ikiqat artırmaq barədə öhdəlik götürmüşdü”, - deyə hesabatda bildirilib.

Hesabatı şərh edən IEA-nın prezidenti Fatih Birol qeyd edib ki, bu il enerji səmərəliliyi sahəsində qlobal irəliləyişlər ümidvericidir: “Bəzi böyük inkişaf etməkdə olan iqtisadiyyatlarda da müsbət əlamətlər görürük. Lakin təhlillərimiz göstərir ki, hökumətlər enerji səmərəliliyinin faydalarının mümkün qədər çox insana çatmasını təmin etmək üçün daha çox səy göstərməlidirlər”.

Избранный
3
2
azerbaijan-news.az

3Источники