RU

Türkiyədə qanunsuz mərc oyunlarına görə cəzalandırılan futbolçu məşhur müğənninin qardaşı imiş

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə futbolda aparılan genişmiqyaslı qanunsuz mərc oyinları istintaqı çərçivəsində cəza alan futbolçular arasında diqqətçəkən bir ad ortaya çıxıb. "Kırklarelispor"un 20 yaşlı oyunçusu Rüzgar Dericinin məşhur müğənni İrem Dericinin qardaşı olduğu müəyyənləşdirilib.

BAKU.WS xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) 18 noyabr 2025-ci il tarixli toplantısında 282 futbolçunun intizam qaydalarının pozulması ilə bağlı quruma göndərildiyini açıqlayıb. Cəzalandırılanlar sırasında Rüzgar Derici də var.

Qərara əsasən gənc futbolçu 1 il boyunca meydana çıxmayacaq, klub fəaliyyətlərində iştirak edə bilməyəcək. O, artıq komanda tərəfindən heyətdən kənar buraxılıb. İstintaqın digər futbolçularla bağlı mərhələsi isə hələ davam edir.

Hadisə həm futbol ictimaiyyətində, həm də şou-biznes dünyasında böyük səs-küy yaradıb. Çünki Rüzgarln məşhur müğənni İrem Dericinin qardaşı olduğu cəzanın elanından sonra üzə çıxıb.

Qeyd edək ki, 2004-cü il 24 dekabrda doğulan Rüzgar Derici futbola 2016-cı ildə "Sarıyerspor" akademiyasında başlayıb. Daha sonra "Küçükçekmece Sinop Spor", "Darıca Gençlerbirliği" və "Büyükçekmece Tepecik Spor" kimi klublarda forma geyinib. 2025-ci ilin yanvarında "Kırklarelispor" klubuna transfer olunub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
baku.ws

2Источники