RU

Britaniya "Yantar"la bağlı Rusiyanı hədələdi

London Şotlandiyanın şimalında yerləşən Rusiya okeanoqrafik gəmisi "Yantar"ın guya Birləşmiş Krallığın infrastrukturunu "tədqiq etmək" cəhdlərini görməzdən gəlməyəcək.

Qaziler.az “Sky News”a istinadla xəbər verir ki, bunu Britaniya müdafiə nazirinin müavini Alister Karns bildirib.

“ "Yantar”ın infrastrukturumuzu araşdırmaq cəhdlərini görməzdən gəlməyəcəyik və Rusiyanın sualtı infrastrukturu pozmaq və ya zədələmək üçün edilən hər hansı bir cəhdinin ən həlledici cavabla qarşılaşacağını bilməsi üçün müttəfiqlərimizlə birlikdə çalışacağıq", - Karns bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirmişdi ki, Rusiya tədqiqat gəmisi “Yantar” kəşfiyyat təyyarəsinin manevrlərini müşahidə edən heyətinə lazerlər tuşlayıb. Hili iddia edib ki, hadisə zamanı gəmi Şotlandiyanın şimalında olub. O qeyd edib ki, nazirlik "hər şeyi görür və bilir" və sözlərini "Rusiyaya mesaj" adlandırır.

QAZİLER.AZ

Избранный
18
qaziler.az

1Источники