RU

Qəzzaya humanitar yardımlar heç vaxt siyasiləşdirilməməlidir - Aİ

BAKI, TurkicWorld, Nailə Babazadə

Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib.

“Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.

O, Aİ-yə məxsus yardım yüklərinin sərhəddə hazır olduğunu, lakin Qəzzaya çox az yardımın buraxıldığını bildirib.

Lahbib, humanitar yardımın effektiv şəkildə paylanması üçün tam giriş icazəsinin verilməsinin və QHT-lərin qeydiyyatına mane olunmamasının vacibliyini vurğulayıb.

Aİ rəsmisi BMT Təhlükəsizlik Şurasında qəbul edilən Qəzza qərarına da toxunaraq, planın dəstəkləndiyini, lakin onun necə icra olunacağının əsas məqam olduğunu bildirib.

Избранный
13
turkic.world

1Источники