RU

Nazir: Gələn il 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq  

2026-cı ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında deyib.

Nazir qeyd edib ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. 2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərclərinin 29 faizini təşkil edəcək.

Избранный
14
14
azerbaijan-news.az

10Источники