RU

Nuri Şahin Rusiya klubundan imtina etdi

BAKI, 20 noyabr. TELEQRAF

Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Nuri Şahin Rusiyanın "Dinamo Moskva" klubuna keçməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "Sport24.ru" saytı məlumat yayıb.

Moskva təmsilçisinin idman direktoru Jelko Buvaç türkiyəli mütəxəssislə danışıqlar aparsa da, bu uğursuzluqla nəticələnib.

Şahin təklifi rədd edərək, "Başakşehir"dən ayrılmaq planının olmadığını bildirib.

Qeyd edək ki, noyabrın 17-də Valeri Karpin Rusiya milli komandasındakı işinə köklənmək üçün "Dinamo Moskva"dakı postundan istefa verib. "Ağ-göylər"i müvəqqəti olaraq Rolan Qusev çalışdıracaq.

Избранный
65
teleqraf.com

1Источники