RU

Parlament DSMF-nin büdcəsini təsdiqlədi

Milli Məclisin iclasında müzakirəyə çıxarılan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Musavat.com xəbər verir ki, fondun 2026-cı il büdcəsinin ümumi gəlirləri 8323,10 mln. manat proqnozlaşdırılır ki, bu da 2025- ci ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 705,70 mln. manat və ya 9,26 faiz çoxdur.

Fondun 2026-cı il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin 6591,10 mln. manat və ya fondun ümumi gəlirlərinin 79,19 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmiş müvafiq proqnoz məbləği göstəricisi ilə müqayisədə 593,70 mln. manat və ya 9,90 faiz çoxdur.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 2109,12 mln. manatı və ya 32,0 faizi büdcədən maliyyələşən təşkilatların, 4481,98 mln. manatı və ya 68,0 faizi qeyri-büdcə sektorunun payına düşür ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən istiqamətlər üzrə müvafiq olaraq 73,36 mln. manat və ya 3,60 faiz və 520,34 mln. manat və ya 13,13 faiz çoxdur.

E.Paşasoy,
Musavat.com

Избранный
41
3
musavat.com

5Источники