RU

ABŞ-ın “sülh planında” dəyişikliklər gözlənilir – CNN: “Rusiyaya sərf edən maddələr yenilənəcək”

Musavat.com xəbər verir ki, ABŞ-ın Ukrayna üzrə hazırladığı “sülh planı” ətrafında müzakirələr davam edir və sənədin bir sıra bəndlərinin yenilənəcəyi artıq yüksək səviyyədə təsdiqlənib. CNN öz mənbələrinə istinadən bildirir ki, xüsusilə Rusiyanın maraqlarına uyğun görünən müddəalar böyük ehtimalla dəyişdiriləcək.

Məlumatda qeyd olunur ki, hazırkı plan tam hazır sənəd deyil və yalnız çərçivə konsepsiyası kimi qiymətləndirilir. Maddələrin böyük hissəsi üzərində hələ də işlənir və razılaşdırılmayıb. Kanala danışan Ağ Ev rəsmiləri də bugünkü açıqlamalarında prosesin davam etdiyini rəsmi şəkildə təsdiqləyiblər.

CNN xatırladır ki, layihədəki ərazi güzəştləri ilə bağlı bəzi təkliflər Kiyev tərəfindən artıq dəfələrlə rədd edilib. Buna baxmayaraq, ABŞ rəsmiləri “danışıqlar üçün yeni imkan pəncərəsinin” yarandığını düşünürlər və hesab edirlər ki, mümkün yekun saziş yalnız Ukraynanın deyil, hər iki tərəfin müəyyən güzəştlərini tələb edəcək.

Mənbələrin fikrincə, prosesin gedişi həm Vaşinqton, həm Kiyev, həm də Moskva ilə paralel şəkildə aparılan danışıqlardan asılı olacaq və yaxın həftələrdə sənədin yenilənmiş konturları üzə çıxa bilər.

 

Musavat.com

Избранный
43
48
musavat.com

10Источники