RU

Braziliya millisinin sabiq üzvü karyerasını başa vurdu

Bakı. Trend:

Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Fernandinyupeşəkar futbolçu karyerasını başa vurub.

Trend xəbər verir ki, 40yaşlı yarımmüdafiəçi ötən gün Kuritibada keçirilən xeyriyyəmatçından sonra qərarını açıqlayıb:

“Artıq yorulmuşam. Bu gün cəmi 30 dəqiqədən bir qədər çoxqaçandan sonra yorulduğumu hiss etdim. Futbolda məni motivasiya edəbiləcək heç nə qalmayıb. Bu oyunda nail ola biləcəyim hər şeyə nailolmuşam, ala biləcəyim hər şeyi almışam. İndi isə ailəmlə həyatdanzövq almağın vaxtıdır”.

Qeyd edək ki, Fernandinyo karyerası ərzində "AtletikoParanaense", "Şaxtyor" və "Mançester Siti"də çıxış edib. Təcrüəblioyunçu Braziliya yığmasının heyətində meydana çıxdığı 53 oyunda 2qol vurub.

Избранный
25
az.trend.az

1Источники