RU

İslamiada: Azərbaycan güləşçisi finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, Ağanəzər Novruzov (74 kq) yarımfinalda bəhreynli Maqomedrasul Asluyevə 7:5 hesabı ilə qalib gəlib.

Digər güləşçilərimizə gəlincə, Arseniy Djioyev (86 kq) yarımfinala yüksəlib. Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda uduzub.

Yarımfinalda məğlub olan Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, İslamiada bu gün başa çatacaq.

Избранный
68
4
fanat.az

5Источники