RU

Müşfiqabadda ETSN və UNEC birgə ağacəkmə aksiyası keçiriib - FOTO

 “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 3 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə əlaqədar həyata keçirilən “95 illik yubileyə – 95 xeyirxah iş” layihəsi çərçivəsində növbəti ekoloji aksiyaya start verilib. 

Ekologiya.az bildirir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub. 

Tədbirdə UNEC-in Mühəndislik fakültəsinin müəllim və tələbə heyəti, Nazirliyin əməkdaşları, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin mütəxəssisləri və ekokönüllülər iştirak ediblər. Tədbirdə çıxış edən UNEC-in Ekologiya mühəndisliyi kafedrasının rəhbəri, dosent Mövlud Hüseynov bildirib ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyinə həsr olunmuş “95 illik yubileyə – 95 xeyirxah iş” layihəsi çərçivəsində növbəti ekoloji aksiyanın keçirilməsi həm universitetin sosial məsuliyyət ənənəsinin davamı, həm də ekologiyanın qorunmasına mühüm töhfədir. O, belə tədbirlərin tələbələrdə ekoloji düşüncənin formalaşmasına, yaşıllıqların artırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə real dəstək verdiyini vurğulayıb. Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Tədbirin məqsədi ekoloji davamlılığın təşviqi, ictimaiyyətin diqqətinin ətraf mühitin sağlamlaşdırılmasına yönəldilməsi və ekoloji maarifləndirmənin gücləndirilməsidir. Sonda UNEC tələbələri, ekokönüllülər və Nazirlik nümayəndələri xatirə şəkli çəkdiriblər.


Избранный
56
ekologiya.az

1Источники