Noyabrın 21-də elektrik cərəyanından ölmüş şəxslərin adları məlum olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"i yaxınlığında baş verib.
ÖLənlərinadları: 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov.
Onlar hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Telegram kanalımız