Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, noyabrın 21-də paytaxtın Binəqədi rayonuda yerləşən “Lake Hotel”in işçilərini otelin qarsısında iş görən zaman elektrik cərəyanı vurub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə otel işçilərinin dəmir pilləkanı hotelin həyətinə aparan zamanı baş verib.
Belə ki, həmin vaxt dəmir pilləkən ordan keçən yüksək gərginlikli xəttə ilişib. Nəticədə elektrik cərayanı 4 nəfəri vuraraq öldürüb.
Məlumata görə, işçilər əlcəkdən istifadə etməyiblər.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov həlak olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.