RU

“Twitch” ə yaş məhdudiyyəti GƏLİR

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliya “Facebook”, “Instagram” və “X” kimi sosial media platformalarından sonra “Twitch” platformasına da yaş məhdudiyyəti tətbiq edib. 

"Cebheinfo.az" xəbər verir ki, ölkənin internet təhlükəsizliyinə cavabdeh olan “eSafety” Komissiyası tərəfindən Avstraliyada 16 yaşdan aşağı uşaqlara sosial media qadağası ilə bağlı yazılı açıqlama verilib. 

Açıqlamada bildirilib ki, “Twitch” platformasının yayım funksiyaları əsasən istifadəçi qarşılıqlı əlaqəsini artırmaq məqsədilə dizayn edildiyi üçün yaş məhdudiyyətinə məruz qalıb.

“Twitch” və daha əvvəl yaş məhdudiyyətinə məruz qalan “Facebook”, “Instagram”, “Kick”, “Reddit”, “Snapchat”, “Threads”, “TikTok”, “X” və “YouTube” kimi sosial media platformalarının 16 yaşdan aşağı Avstraliya vətəndaşlarının hesab açmasının qarşısını almaq üçün 10 dekabrdan etibarən müvafiq tədbirlər görməsi gözlənilir. 

Avstraliyada qəbul edilən yeni qaydalara əsasən, texnologiya şirkətləri 16 yaşdan aşağı istifadəçilərin mövcud hesablarını bağlamaz və yeni hesabların yaradılmasının qarşısını almaq üçün “müvafiq addımlar atmazlarsa”, təxminən 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon ABŞ dolları) qədər cərimə oluna bilərlər. 

Nigar Hacılı 

"Cebheinfo.az

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
85
1
cebheinfo.az

2Источники