RU

Öskürəyə qarşı olan bu sirop ölüm saçır

Öskürəyə qarşı olan bu sirop ölüm saçır

Hindistanda "Sresan Pharmaceuticals" şirkətinin istehsal etdiyi "Coldrif" öskürək siropundan istifadə nəticəsində ən azı 24 uşaq həyatını itirib.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, hakimiyyət siropun tərkibində istifadə olunan bir maddənin təchizatında təhlükəsizlik qaydalarının pozulması versiyasını araşdırır.

Agentliyin mənbələrinin sözlərinə görə, farmasevtik şirkət siropda aktiv maddələrin həll olunması üçün baza kimi istifadə olunan 50 kq propilenqlikol həlledicisini "Sunrise Biotech" distribyutorundan alıb. "Sunrise Biotech" isə həmin gün maddəni "Jinkushal Aroma" şirkətindən alıb. Hər iki şirkətin farmasevtik maddələrin emalı üçün lisenziyası olmayıb. Sahibkarlar satdıqları propilenqlikolun dərman istehsalında istifadə olunacağını bilmədiklərini deyiblər. "Sunrise Biotech"dən "Reuters"ə həlledicini göndərməzdən əvvəl lazım olan möhürləmə təmin edilmədiyi təsdiqlənib.

Tənzimləyici orqan "Coldrif" siropunda toksin səviyyəsinin normadan yüksək olduğunu müəyyən edib. Eyni zamanda, "Rednex Pharmaceuticals"ın "Respifresh TR" və "ReLife Shape Pharma Private Limited"in siroplarında da bu problem aşkarlanıb. Məhsullar geri çağırılıb və istehsalçılara bütün dərman istehsalını dayandırmaq göstərişi verilib. Bu məhsullar Hindistandan ixrac edilməyib.

Həmçinin, Madhya-Pradeş ştat polisinin "Coldrif" siropunu istehsal edən "Sresan Pharmaceuticals" şirkətinin sahibini həbs etdiyi açıqlanıb. Araşdırma zamanı sirop nümunələrində icazə verilən 0,1% həddə qarşı 46–48% diyetilenqlikol aşkar olunub. Bu toksik komponent qatran, boya, lak, mürəkkəb və yapışdırıcı istehsalında istifadə olunur.

Избранный
10
1
afn.az

2Источники