RU

Azər Həsrət: Təmasların çoxalması sülh prosesini sürətləndirir

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Parlament üzvləri birbaşa xalqın sözünü deyən şəxslərdir. Bu baxımdan Azərbaycan və Ermənistan parlament nümayəndələrinin təmasları, apardıqları müzakirələr ümumi sülh prosesinə töhfə, hətta təkan da verə bilər". 

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 

Ekspert bildirib ki, parlamentarilərin əlində tribuna var: 

"Deputat daim xalqla təmas qurur, onlarla iç-içə olur. Belə şəxslərin sülh prosesinin önündə getməsi vacibdir. O baxımdan Azərbaycan və Ermənistan parlament sədrlərinin, ayrı-ayrı deputatların görüşlərini, təmaslarını şəxsən yüksək təqdir edirəm, faydalı sayıram. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri N.Paşinyanla normal münasibətləri formalaşıb. Onlar əvvəlki qədər bir-birindən məsafəli deyillər. Əksinə, bütün beynəlxalq platformalardan mütləq bir-biriləri ilə görüşürlər, ayaqüstü də olsa müzakirə aparırlar. Yəni bir növ əlavə xahiş, istək olmadan belə bir-birinə yaxınlaşıb, səmimi fikir mübadiləsi edirlər. Bu, sülhə böyük töhfədir". 

A.Həsrət vurğulayıb ki, baş nazirlərin müavinlərinin mütəmadi görüşləri də keçirilir:

"Yəqin ki, əlavə olaraq bilmədiyimiz bəzi təmaslar da var. Bunlar davam etdirilməlidir. Deputatların da ayrıca müzakirələrə qatılması yerindədir. Bu yaxınlarda vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda görüşü də hər iki tərəfdə müsbət qarşılanmışdı. Artıq Ermənistan nümayəndələri də görüş üçün Bakıya gəliblər. Belə təmasların çoxalması sülh prosesini sürətləndirər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
sherg.az

1Источники