RU

Ofisiantların öldüyü yerdən görüntülər – Video – Yenilənib

Bu gün Bakının Binəqədi rayonunda 4 nəfərin həlak olduğu hadisə yerindən görüntülər yayılıb.

Tribunainfo.az xəbər verir ki, şahidlərin APA-ya verdikləri açıqlamaya görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksəkgərginlikli naqillərə toxunub. Bu zaman cərəyan 4 nəfəri vuraraq öldürüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

***

Hadisə şahidi “Report”a açıqlamasında bildirib:

“Ehtiyatsızlığın ucbatından cərəyana toxunulub. Görən kimi, içəriyə məlumat vermişəm. Fövqalədə Hallar Nazirliyinə və Təcili yardıma zəng vurulub. Aidiyyəti qurumların hamısı gəlib. Allah rəhmət eləsin, valideynlərinə və yaxınlarına səbr diləyirəm”.

 

Избранный
8
8
tribunainfo.az

10Источники