ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yuxarı yaş hamiləliyi ən önəmli risk faktorlarından biri sayılır və bu, hamiləliyin bütün gedişinə təsir göstərir. Yuxarı yaşla əlaqədar olaraq hamiləliklə bağlı müxtəlif patologiyaların yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır. Birincisi, yaş irəlilədikcə təbii yolla hamilə qalmaq çətinləşir, lakin 45-60 yaş qruplarında hamiləliklərin böyük hissəsi süni mayalanma və donor yumurtası kimi üsullar vasitəsilə əldə olunur".Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. O bildirib ki, hamiləlik baş tutduqdan sonra da bir sıra risklər artır:"Düşük ehtimalı yüksəlir, vaxtından əvvəl doğuş riski artır, preeklampsiya yaranma ehtimalı artır, həmçinin tromboemboliya kimi təhlükəli vəziyyətlərin baş vermə riski də yüksəlir. Bundan əlavə, yaşla əlaqədar şəkərli diabet və ürək-damar xəstəlikləri kimi yanaşı xəstəliklər daha çox müşahidə olunur və hamiləlik bu xəstəliklərin gedişini ağırlaşdıra bilər. Bu səbəbdən yuxarı yaş hamiləliyi həm ana, həm də döl üçün daha diqqətli nəzarət tələb edir.
Qadınlarımız çox zaman yalnız hamilə qalmağa fokuslanırlar və bunu əsas məqsəd kimi görürlər. Lakin bilməlidirlər ki, sağlam uşağın dünyaya gəlməsi üçün ilk növbədə ananın sağlamlığı öncəlik təşkil edir. Buna görə də qadınlar hamiləlik planlamadan əvvəl öz sağlamlıqlarını qorumağa, vaxtında müayinələrdən keçməyə və bədənlərini hamiləliyə hazırlamağa daha ciddi yanaşmalıdırlar".Qeyd edək ki, dünən Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana olub.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.