RU

Asiyanın ən varlı adamından Rusiyaya ZƏRBƏ

Hindistanda Rusiya neftinin ən böyük alıcısı olan Hindistan konqlomeratı "Reliance Industries" 20 noyabr 2025-ci il tarixindən etibarən Rusiyadan "Camnaqar" neft emalı zavoduna xam neft idxalını tamamilə dayandırdığını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) nəşri məlumat yayıb.

Nəşr yazır ki, dekabrın 1-dən etibarən bu kompleks yalnız qeyri-rus mənşəli neft alacaq.

Hesabatda deyilir ki, bu tədbir ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara uyğunlaşma istiqamətində atılan addımdır.

Konqlomerat Rusiya neftinin ölkənin ən böyük alıcısı idi. 2022-ci ildə Ukraynada münaqişə başlayandan bəri şirkət təxminən 33 milyard dollar dəyərində xam neft alıb ki, bu da Rusiyanın bütün neft ixracının demək olar ki, 8%-ni təşkil edir. Bu alış miqyası ABŞ-ın tənqidinə səbəb olub. 

Qeyd edək ki, "Reliance Industries" Hindistanın ən böyük iş adamlarından biri və baş nazir Narendra Modinin müttəfiqi Mukeş Ambaniyə məxsusdur. 2025-ci ilin may ayına olan məlumata görə, Mukeş Ambani (Mukesh Ambani) 108 milyard ABŞ dolları sərvəti ilə Asiyanın birinci, dünyanın isə 13-cü ən varlı adamıdır.

Noyabrın 20-də "The New York Times" (NYT) yazıb ki, Hindistan ABŞ sanksiyaları fonunda Rusiyadan neft alışını azaldır. Noyabr ayında tədarüklər 66% azalıb.

Musavat.com

Избранный
44
1
musavat.com

2Источники