RU

Putinin nümayəndəsi Avropanın rus qazından imtina etməklə 1,4 trilyon dollar itirdiyini iddia etdi...


Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev Avropanın Rusiyanı təcrid etmək cəhdinin uğursuz olduğunu iddia edib. Onun sözlərinə görə, Avropa Rusiya qazından imtina etməklə 1,4 trilyon dollar itirib.

Rusiya bazarının Qərb ölkələri üçün son dərəcə vacib olduğunu deyən Dmitriyev bildirib ki, onlar Rusiyanı qısa müddətdə təcrid etməyə çalışıblar, amma bu, nəticə verməyib: “Buna görə də əminəm ki, yaxın iki-üç ildə bir çox Qərb şirkətinin buraya gəlib müxtəlif əlaqəlar qurmağa çalışdığını görəcəyik".

Qərb ölkələrinin Rusiyaya qarşı düşmənçilik etdiyini deyən Dmitriyev iddia edib ki, Avropa Rusiya təbii qazından imtina etməklə 1,4 trilyon dollar itirib. Onun fikrincə bu, Avropa sənayesinə mənfi və güclü təsir göstərib.

Almaniya iş dünyası arasında aparılan sorğuya görə, şirkətlərin 41 faizinin gələn il işçilərini ixtisar edəcəyi bildirən Dmitriyev, şirkətlərin yalnız 13 faizinin işçi qəbul edəcəyini qeyd edib.

TAHİR

Избранный
1
baki-xeber.com

1Источники