RU

Yasamalda yaşayış binası yanır

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Избранный
197
18
missiya.az

10Источники