Baş Prokurorluğun Mətbuat xidməti Binəqədi rayonunda 4 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı sorğuya cavab olaraq rəsmi məlumat yayıb.
Qeyd edilir ki, 21 noyabr tarixində paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri –
1997-ci il təvəllüdlü Cavidan Muradlı,
2005-ci il təvəllüdlü Emil Quliyev,
2006-cı il təvəllüdlü Eltac Əliyev və
2007-ci il təvəllüdlü Əkbər Zeynalov
hotelin qarşısında iş gördükləri zaman elektrik cərəyanı vurması nəticəsində həlak olublar.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü maddəsi (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.
Hazırda hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılır.