RU

Könül Vəlibəyli neçə gəncin xaricdə oxumaq arzusunu gerçəkləşdirmişdi - Kamran Əsədov

Könül Vəlibəyli neçə gəncin xaricdə oxumaq arzusunu gerçəkləşdirmişdi - Kamran Əsədov

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı Könül Vəlibəylinin vəfatı xəbərini eşitmək həqiqətən çox ağır oldu.

AFN.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz sosial şəbəkə hesabında yazıb. "Onu hər zaman pozitiv, enerjili və səmimi bir xanım kimi tanımışdım. O vaxt ANS TV-yə gedəndə də tez-tez rastlaşardıq. Yasamalda yerləşən Bakı Milli Geyim Evinə rəhbərlik edirdi və hər görüşümüzdə deyirdi ki, “qızlarınla milli geyimdə mütləq fotosessiya edək”. Bu, onun həm milli irsə bağlılığını, həm də işinə olan sevgisini göstərirdi" - deyə K.Əsədov qeyd edib.

Onun sözlərinə görə, K.Vəlibəyli 2018-ci ildən etibarən Türkiyənin bir neçə universiteti ilə əməkdaşlıq edib: "Biz də onun vasitəsilə tələbə mübadiləsi proqramları həyata keçirirdik. Son illərdə Üsküdar Universitetinin Azərbaycandakı təmsilçisi idi. Nə qədər tələbəyə təhsil yolunda ciddi dəstək olmuşdu, neçə gəncin xaricdə oxumaq arzusunu gerçəkləşdirmişdi. Dürüst, çalışqan, prinsipial insan idi. Təhsilə bağlılığı çox güclü idi. Maddi maraq onun üçün heç vaxt ön planda olmurdu. Bu gün onun haqqında keçmiş zamanda danışmaq çox çətindir".

Избранный
95
afn.az

1Источники