RU

Ermənistanda böyük yanğın: Azərbaycan sərhədinə yaxın ərazilər alovlanıb

Musavat.com xəbər verir ki, Ermənistanın şimalında yerləşən Çambarak bölgəsində böyük yanğın qeydə alınıb.

Alov xüsusilə Tavuş vilayətinin Azərbaycanla sərhəd zonasına yaxın ərazilərindəki tarlalara və meşə sahələrinə yayılaraq sürətlə genişlənir.

Sosial mediada yayılan məlumatlara görə, yanğın bir neçə gün əvvəl başlayıb və küləyin təsiri ilə böyüyüb. Şahidlər bildirirlər ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları çalışsa da, mövcud texnika və canlı qüvvə alovu cilovlamağa yetmir.

Hazırda Ermənistan Daxili İşlər Nazirliyi yanğınla bağlı heç bir rəsmi açıqlama verməyib. Yanğının miqyası və nəzarət altına alınıb-alınmadığı barədə dəqiq məlumat yoxdur.

 

Musavat.com

Избранный
94
50
musavat.com

10Источники