RU

Zelenskidən sülh planı ilə müraciət : "Ya ləyaqətin itirilməsi, ya da... "

AzVision.az xəbər verir ki, müraciətdə deyilir: “Bu, tariximizin ən ağır məqamlarından biridir. Hazırda Ukraynaya təzyiq ən yüksək həddədir. İndi Ukrayna çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqətin, ya da əsas tərəfdaşın itirilməsi riski. Eyni zamanda ya mürəkkəb 28 bənd, ya da son dərəcə ağır qış və əlavə risklər.

Trampın Rusiya-Ukrayna üçün 28 maddəlik sülh planıI TAM MƏTN
Bütün dünya anlamalıdır ki, ukraynalılar hər şeydən əvvəl insandır və onlar demək olar dörd illik genişmiqyaslı müharibə ərzində dünyanın ən böyük ordularından birinə qarşı dayanırlar”, – deyə prezident qeyd edib

Xatırladaq ki, ABŞ-ın yeni sülh planı 28 bənddən ibarətdir. Plan Donbas ərazisinin bir hissəsinin Rusiyaya verilməsini Ukraynaya və Avropa İttifaqına uzunmüddətli təhlükəsizlik təminatlarının təqdim edilməsi, ordunun sayının azaldılması, uzaqmənzilli silahlardan imtina və digər şərtlərlə əvəzləyir.

AzVision.az
Избранный
15
4
azvision.az

2Источники