Formula 1-də mövsümün başa çatmağına 3 yarış qalıb.

Offsideplus.az xəbər verir ki, bu həftəsonu mübarizə Las -Veqasda gedir.

Az əvvəl başa çatan sıralama turlarında "Maklaren"in pilotu və çempionatın lideri Lando Norris tək dövrədə hamıdan sürətli olub.

Onu "Red Bull" sürücüsü Maks Ferstappen və "Uilyams"dan Karlos Sayns izləyib.

Çempionatın ikincisi Oskar Piastri isə sabahkı yarışa 5-ci yerdən başlayacaq.

Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.