RU

Azərbaycan nefti ucuzlaşıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,18 ABŞ dolları və ya 1,74% azalaraq, 66,51 dollar təşkil edib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,17 dollar və ya 1,78% ucuzlaşaraq 64,43 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,17 dollar və ya 4,4% azalaraq, 47,14 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,16 dollar və ya 1,83% azalaraq 62,38 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
190
20
turkic.world

4Источники