RU

Binada ölümlə nəticələnən yanğına restoran səbəb olub?AÇIQLAMA

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının restorandan başladığına dair iddialar var.

Xezerxeber.az-ın məlumatına görə, səsləndirilən iddialarla bağlı “Loft” restoranının administratoru Trend-ə bildirib ki, restoranın şaxtası yoxdur. 
“Hazırda aidiyyəti qurum tərəfindən restoran bağlanıb. Əlavə məlumat yoxdur”.

Qeyd edək ki, hadisə nəticəsində tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib. Hazırda zəhərlənənlərdən 7 nəfərin müalicəsi KTM-in Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Избранный
29
4
xezerxeber.az

5Источники