RU

Avroviziya da səsvermə qaydaları dəyişdiriləcək

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Yayım İttifaqı (EBU) “Avroviziya” mahnı müsabiqəsinin səsvermə qaydalarında miqyaslı dəyişikliklər edildiyini elan edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə EBU-nun rəsmi bəyanatında bildirilir.

Qeyd edilir ki, yeniliklər artıq 2026-cı ildən qüvvəyə minəcək. Məlumata əsasən, yeniliklərin məqsədi etimadı artırmaq, şəffaflığı gücləndirmək və diqqəti yenidən musiqiyə yönəltmək, yəni xarici təsirlərdən və informasiya manipulyasiyalarından uzaqlaşdırmaqdır.

Əsas dəyişikliklər aşağıdakılardan ibarət olacaq:

– İştirakçılara reklam dəstəyinin göstərilməsi qaydaları sərtləşdiriləcək;

– Bir telefon nömrəsindən maksimum səs sayı 20-dən 10-a endiriləcək;

– Yarımfinallarda peşəkar münsiflər heyəti olacaq;

– EBU şübhəli səsvermə modellərinin izlənməsinin avtomatik mexanizmlərini gücləndirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
123
4
globalinfo.az

5Источники