RU

Azərbaycanın plastmas ixracından gəlirləri 5% azalıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 317 milyon 420 min ABŞ dolları dəyərində 327 min 189 ton plastmas və ondan hazırlanan məmumatlar ixrac edib.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6% və 6,3% azdır.

10 ayda plastmas və ondan hazırlanan məmulatların ixracı Azərbaycanın ümumi ixracının 1,47%-ni, qeyri-neft sektoru ixracının isə 10,62%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan 483 milyon 883 min ABŞ dolları dəyərində 265 min 789 ton plastmas və ondan hazırlanan məmumatlar idxal edib. Bu isə, illik müqayisədə müvafiq olaraq 8,6% və 8,7% çoxdur.

Bu dövrdə plastmas və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 2,52%-i həcmində olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
3
apa.az

4Источники