RU

Braziliyanın keçmiş prezidenti Bolsonaro nəzarətə götürülüb

Ev dustaqlığında olan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro federal polis tərəfindən nəzarətə götürülüb.

Doğru.az xəbər verir ki, Reuters bu barədə siyasətçinin vəkilinə istinadən məlumat yayıb.

Bildirilib ki, vəkil saxlanmanın səbəbi barədə açıqlama verməyib. Vəziyyətlə tanış olan mənbə isə agentliyə bildirib ki, Bolsonaro ev dustaqlığı şərtlərinə nəzarətin gücləndirilməsi məqsədilə qabaqlayıcı tədbir kimi nəzarətə alınıb.

Qeyd edək ki, Braziliya məhkəməsi onu dövlət çevrilişinə cəhdə görə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabr ayında isə həkimlər siyasətçiyə xərçəng diaqnozu qoyublar.

DOĞRU.AZ

Избранный
75
13
dogru.az

8Источники