RU

Azərbaycanın plastmas ixracından gəlirləri 5 % azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 317 milyon 420 min ABŞ dolları dəyərində 327 min 189 ton plastmas və ondan hazırlanan məmumatlar ixrac edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 6,3 % azdır.

10 ayda plastmas və ondan hazırlanan məmulatların ixracı Azərbaycanın ümumi ixracının 1,47 %-ni, qeyri-neft sektoru ixracının isə 10,62 %-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan 483 milyon 883 min ABŞ dolları dəyərində 265 min 789 ton plastmas və ondan hazırlanan məmumatlar idxal edib. Bu isə, illik müqayisədə müvafiq olaraq 8,6 % və 8,7 % çoxdur.

Bu dövrdə plastmas və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 2,52 %-i həcmində olub.

"Cebheinfo.az"

Избранный
26
3
cebheinfo.az

4Источники