RU

Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaq

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisi Pavel Durov elan edib. Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyi bildirilir. “Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörməti simvolizə edən kolleksiya predmetləri “Telegram”da hərraca çıxarılacaq”, - deyə Durov yazıb.

Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızında keçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasını başa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasında İrlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəmərini qazanmışdı.

Избранный
45
8
Ajans.az

9Источники