ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Skott Maktominey yeni rekordun müəllifi olub. Şotlandiya yığmasının yarımmüdafiəçisi Danimarka ilə son matçda vurduğu qolla diqqəti cəlb edib."Football-plus.az" xəbər verir ki, DÇ-2026-nın seçmə oyununda akrobatik tullanışla hesabı açan futbolçu topa 253 santimetr hündürlükdə zərbə endirib. Bununla da o, Kriştiano Ronaldonun 2018-ci ildə müəyyənləşdirdiyi rekordu (238 sm) 15 santimetr geridə qoyub. Qeyd edək ki, Şotlandiya yığması Danimarka üzərində 4:2 hesablı qələbə ilə 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıb. Hazırda icarə əsasında “Napoli”də oynayan Maktomineyin müqavilə ilə “Mançester Yunayted”ə məxsus olduğunu da xatırladaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.