RU

"Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə etdi

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
 
Sitat.info xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
 
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
 
"Araz-Naxçıvan"ın heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə fərqlənib. Qonaqlardan Ayxan Hüseynov 78-ci dəqiqədə adını tabloya yazdırıb.
 
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.
 
Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.
Избранный
27
6
sitat.info

10Источники