“İki fərqli hissə izlədik”.
İdman.Biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının növbəti turunda “Araz-Naxçıvan”la oyundan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev deyib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
“İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.
Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik”, - baş məşqçi bildirib.