RU

Yayda gənc oğlunu itirdi: bu gün özü həyatdan getdi – Əhməd Oruc kimdir?

Xəbər verdiyimiz kimi, fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sədri Əhməd Oruc vəfat edib. Günlər öncə insult keçirən tanınmış siyasətçi müalicə aldığı Yeni Klinikada gözlərini əbədi yumub.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Ə.Oruc müstəqillik illəri ərzində daim aktiv siyasətlə məşğul olub.

1959-cu ildə Qazax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1988-ci ildən Milli Azadlıq Hərəkatında aktiv iştirak edib.

1992-ci ildə Nərimanov Rayon İcra Hakimiyyətində müavin, daha sonra Prezident Aparatında (Administrasiyada) sektor müdiri vəzifəsində çalışıb.

2011-2012-ci illərdə Demokratiya Uğrunda İttifaq təşkilatının sədri olub. 2024-cü ildə Azadlıq Partiyası Ədliyyə Nazirliyi tərəfindən ləğv edilib.

Əhməd Oruc bu ilin yayında övlad acısı yaşayıb. Oğullarından Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb. Xəstəxanada həkim gipsi açarkən G.Oruc ayağını tərpədən kimi şok keçirib. Şokun təsirindən huşu gedən gənc ürək masajı olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O hadisədən dərin sarsıntı keçirən Əhməd Oruc demək olar ki, siyasətdən uzaqlaşmışdı.

Allah rəhmət eləsin!

Избранный
27
5
konkret.az

10Источники