RU

Cüdo üzrə yeniyetmələr arasında liqa yarışının IV turu start götürdü

Cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında liqa yarışının IV turu start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 9 çəki dərəcəsində mükafatçılar bəlli olub.

İki gün davam edəcək yarışa 88 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 485 idmançı (392 oğlan, 93 qız) qatılıb.

Qeyd edək ki, bu, U-14 Liqa yarışlarının son turudur. Turnirin yekununda idmançıların reytinq siyahısı formalaşacaq.

İlk günün medalçıları:

Oğlanlar

38 kq

1. Muhəmməd Eyvazlı (ROİL)

2. Zakir Məhərrəmov (RKİM)

3. Abdullah Xudiyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Tunar Hacılı (RKİM)

46 kq

1. Bəhram Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

2. Kamal Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Qədir Vəliyev (Ordu İdman Klubu)

55 kq

1. Yusif Şahverdili (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Nurlan Sadıqlı (TM Cüdo Klubu)

3. Əli Mustafazadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM PHŞ)

3. Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

66 kq

1. David Səmədov (Balakən OİK)

2. Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Ramal Cəfərli (Sumqayıt şəhəri İOEUGİM)

3. Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

Qızlar

36 kq

1. Fəridə Rəhimli (Naftalan UGİM)

2. Ləman Bağırova (Naxçıvan UGİM)

3. Gülay Ağayeva (AHİTA)

3. Mələk Şahmuratova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

44 kq

1. Ayla Məmmədli (AHİTA)

2. Nərmin Niftalizadə (Şuşa UGİM)

3. Məsumə Təhməzli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Fatimə Əli (Olp-Par Sumqayıt)

52 kq

1. Naziləzəhra Rüstəmli (ACF)

2. Yelena Tekiç (ACF)

3. Gülay Nəsirova (Mingəçevir UGİM)

3. Sevinc Məmmədzadə (Neftçi İK)

63 kq

1. Məleykə Əsədova (Şahin 313 İK)

2. Zümrüd Əliyeva (RKİM)

3. Rəfiqə Ələkbərova (Judo Club 2012)

3. Yağmur Əlizadə (Rafiqoğlu İK)

+70 kq

1. Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

Избранный
42
9
fanat.az

10Источники