RU

BVF Türkiyə iqtisadiyyatını qiymətləndirib

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə iqtisadiyyatının qısa müddətdə güclü böyüməsini qoruyub saxlayacağı və inflyasiyanın tədricən azalmağa davam edəcəyi gözlənildiyini bildirib.

Banco.az xəbər verir ki, fond BVF-in 4-cü maddə üzrə məsləhətləşmələri çərçivəsində BVF heyətinin ölkəyə səfəri nəticəsində əldə olunan ilkin müşahidələri bölüşüb.

BVF tərəfindən yayılan açıqlamada bildirilib ki, rəsmilərin iqtisadi artımı qorumaqla yanaşı inflyasiyanı azaltmaq öhdəliyi mühüm nailiyyətlər gətirib. Bu nailiyyətlərə inflyasiyanın tədricən azalması, liraya inamın artması və valyuta ehtiyatlarının güclənməsi daxildir.

Açıqlamada qeyd olunub ki, iqtisadi artım möhkəm olaraq qalır və risklər hələ də yüksək olsa da, ötən illə müqayisədə azalıb. Güclü siyasətlərin əsas rol oynadığı, Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) real faiz dərəcələrini yüksək saxlamaq və maliyyə risklərini nəzarətdə tutmaq üçün müxtəlif alətlərdən istifadə etdiyi, həmçinin bu il büdcə kəsirinin azalmasının inflyasiyanı cilovladığı vurğulanıb.

Açıqlamada əlavə edilib ki, dezinflasiyanın yavaş templə davam etməsi iqtisadiyyatın investor davranışları, qlobal risk iştahı və ya enerji qiymətlərindən yaranan şoklara qarşı həssas qaldığı dövrü uzadır və bu gecikmə sabitlik baxımından konkret xərclər və risklər yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
banco.az

2Источники