RU

Türkiyənin ən bahalı malikanəsi satışa çıxarıldı -FOTO

Bosforun ən möhtəşəm tikililərindən biri hesab edilən tarixi Zəki Paşa malikanəsi satışa çıxarılıb. Dron görüntülərində hər detalı ilə seçilən 23 otaqlı köşk Türkiyənin lüks daşınmaz əmlak bazarında “qiymətsiz” sayılır.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bosforun ən eksklüziv nöqtəsində yerləşən, 130 illik monumental tikili geniş bağı, qalaya bənzər memarlığı və Boğaza açılan unikal mənzərələri ilə diqqət çəkir.

Ailə malikanənin satışına dair rəsmi şəkildə daşınmaz əmlak şirkətinə səlahiyyət verib.

23 otaq, 5 qonaq otağı, 8 vanna otağı olan Zəki Paşa Köşkü uzun illərdir bazarın ən prestijli mülklərindən biri kimi tanınır. Boğaz boyunca digər malikanələrin 2–6 milyard TL arasında dəyişən qiymətlərlə satıldığı nəzərə alınarsa, mütəxəssislər bu köşkü “qiyməti ölçülməz” bir daşınmaz kimi dəyərləndirirlər.

Sarıyerin Rumelihisarı ərazisində, Fatih Sultan Mehmet körpüsünün yanında yerləşən köşk məşhur memar Aleksandr Vallauri tərəfindən Sultan II Əbdülhəmid dövründə “Filinta Mustafa” ləqəbli Tofane marşalı Zəki Paşa üçün inşa edilib. Barokko təsirləri və qalaya bənzər silueti ilə boğazın ən əzəmətli tikililərindən biri sayılır.

Malikanənin hazırda trabzonlu bir ailəyə məxsus olduğu, əsas varisin isə Meliha Baştımar olduğu bildirilir. Beşmərtəbəli bina həm dənizə, həm də geniş bağa çıxışı olan planı ilə seçilir.

510 kvadratmetrlik sahədə yerləşən malikanənin ümumi qapalı sahəsi zirzəmi daxil olmaqla 2489 kvadrat metrdir. Hər mərtəbədə 3–4,5 metr tavan hündürlüyü, geniş qonaq otağı, mətbəx sahələri, sanitar qovşaqları və altı otaq (onlardan beşi boğaz mənzərəli) mövcuddur.

Избранный
29
2
redaktor.az

3Источники