RU

Slutski: Avropalılar ABŞ-ın sülh planını pozmaq üçün sammit keçirirlər

LDPR liderinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin münaqişənin sülh yolu ilə həllinə imkan verən daha bir şans yaradıb.

Turkustan.az xəbər verir ki, Leonid Slutski Telegram kanalında bildirib ki, noyabrın 24-də Anqolada keçirilməsi planlaşdırılan fövqəladə Avropa İttifaqı sammiti ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı sülh planını pozmaq məqsədi daşıyır.

Slutski yazır:
“Brüsseldəki ‘şahinlər’ Trampın sülh təşəbbüsünü zəiflətmək üçün bu sammiti çağırırlar. ‘Müharibə partiyası’ 2022-ci ilin martında baş verənləri təkrarlamaq və münaqişəni ‘son ukraynalıya qədər’ uzatmaq istəyir. Onlar sülh yolu ilə nizamlanmaya real töhfə vermək niyyətində deyillər".

Aytən Yaşar/ Turkustan.az

Избранный
108
1
turkustan.az

2Источники